İtaliyanın Şimali Makedoniyaya şok məğlubiyyətindən sonra baş məşqçi Roberto Mançini Balotellini yığmaya çağırmadığına görə tənqid olunmuşdu. Hətta Mançininin anası da bu qərarın səhv olduğunu demişdi. Balotelli bunları deyib:
''Nədənsə, mən həmişə yığma zəif oynadıqdan və ya məğlub olduqdan sonra yada düşürəm. İndi məni gündəmə gətirmək daha asandı. Amma Şimali Makedoniya ilə oyundan öncə mən heç kimin yadına düşmürdüm. Demirəm ki, həmin matçda meydanda olsaydım, biz yüz faiz qalib gələrdik. Amma rəqib qapısı önündə nə etmək lazım olduğunu bilirəm. Mən olsaydım, ən azından qol epizodlarımız daha çox olardı''.

