Əliyar Ağayev Elmar Baxşıyevlə Rəşad Sadıqova nə deyib? - AÇIQLAMA

18.03.2022 19:00 770
Aktual / Premyer-liqa
Premyer-liqanın 19-cu turunun “Qəbələ” – “Zirə” matçının 52-ci dəqiqəsində Əliyar Ağayev baş məşqçilərə yaxınlaşıb, söhbət etdi.

Görəsən, FIFA referisi hər iki çalışdırıcı ilə nəyi müzakirə edirdi? Sualımızı “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cavabladı:

“Dəhşət qar yağırdı. Əliyar Ağayev bizə yaxınlaşıb, qərar verməyimizi istədi. Biz də oyunçuların görüşü davam etdirmək istədiklərini söylədik. Bundan başqa nəsə olmadı”.


İLKİN SULTANLI