"Barselona"nın futbolçusu Frenki de Yonq Avropa Liqasının 1/8 final mərhələsində baş tutacaq "Qalatasaray"la matç haqda danışıb.
"Football-plus.az" saytının məlumatına görə, gənc yarımmüdafiəçi favorit tərəfin özləri olduğunu bildirib:
"Barselona"da özümü çox rahat hiss edirəm. Tənqidlər məni narahat etmir. İnsanlar hər zaman danışırlar. Bizim yerimiz Çempionlar Liqasıdı. Amma "Qalatasaray" da Çempionlar Liqası səviyyəsində olan qrupdan lider çıxıb. Ona görə də özümüzü yad hiss etməyəcəyik. Biz hər matçda qələbə qazanmaq istəyirik. "Qalatasaray" yaxşı komandadı. Lakin evimizdə oynayacağıq və favorit bizik".
Qeyd edək ki, "Barselona" - "Qalatasaray" matçı sabah 00:00-da "Kamp Nou"da baş tutacaq.