• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir cəzanın izi ilə - ARAŞDIRMA

Aktual / Manşet

16-03-2022, 17:0

AFFA İntizam Komitəsi Azərbaycan premyer-liqasının 18-ci turunda başverənlərə ötən həftə hüquqi qiymət verdi.

“Keşlə” - “Sabah” matçında qonaqların məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandı, klub 4 min manat cərimələndi. Hadisə matçın 62-ci dəqiqəsində yaşandı. Həmin epizodda Letiç geri ötürmə etmişdi. Səlahət də “dəri kürə”nin rəqibə dəydiyini düşünərək əlinə götürdü. Lakin İnqilab Məmmədov qayda pozuntusu qeydə aldı. Bu zaman Vitali Kovalyov qərara etiraz edərək “kordu da ala, korsuz siz!”, - deyə etiraz etdi. Bu epizoddan sonra referi onu qırmızı vərəqə ilə cəzalandırdı.

Görəsən, təcrübəli məşqçi cəzanı necə dəyərləndirir? Kovalyov İntizam Komitəsinin qərarları ilə razıdı? “Sabah”ın məşqçisi suallarımızı belə cavabladı:

Bir cəzanın izi ilə


“Oyunda hakim 5 dəqiqə ərzində iki səhvə yol verdi. Rəqibin Elvin Camalova qarşı kobudluğu zamanı aşkar “qırmızı” verməliydi, amam “sarı” ilə kifayətləndi. Futbolçumuz aldığı zərbəyə görə meydanı tərk etdi. İkinci epizodda top Səlahət Ağayevə rəqibin ayağından getdiyi halda, qapımıza sərbəst zərbə təyin olundu. Halbuki dördüncü hakim topun ayaqdan getdiyini görmüşdü. Oyunda hədsiz gərginlik var idi. Təsəvvür edin, bizə mütləq 3 xal lazımdı, görüş isə 0:0 davam edir və belə bir vəziyyətdə hakimin səhvləri sıralanır. Emosiyaların coşduğu vaxtda dördüncü hakimə yaxınlaşıb “görmürsüz, korsuz” dedim. Başa düşürəm, deməməliydim, amma əsəbdən oldu. “Kor” sözünə görə 4 min manat cərimə və 5 oyun cəza ağırdı. Bilirsiz, niyə? Çünki “kor” sözü digər ifadələr kimi alçaldıcı deyil. Mən orda küçə söyüşündən, təhqirdən istifadə etməmişəm. Qonşuda, tanışda kiminsə gözləri görməyəndə, öz aramızda ona “kor” deyirik. Razıyam, xoş ifadə deyil. Amma bunu söyüş kimi qəbul etmək də düzgün deyil axı. Günahım var, cəzalanmalıyam. Mən obyektiv insanam. Amma “kor” sözünə görə 4 min manat çox ağır cəzadı. Məsuliyyətdən boyun qaçırmıram, lakin belə olmamalıydı. Küçə söyüşü söyüb, kiminsə şəxsiyyətini alçaltsaydım, başqa məsələ. O ki qaldı apellyasiya şikayətinə, bu barədə klub rəhbərliyi açıqlama verə bilər. Sadəcə, təəssüflənirəm. Çünki futbolçuları oyundan öncə məşq etdirə bilməyəcəm. Bunu da həll etmək problem deyil. Mənə bir şey maraqlıdı. Tutaq ki, səhv etmişəm. İntizam Komitəsi tərəfindən də cəzalandım. Bəs oyunda dəfələrlə səhvə yol verən hakim niyə cəzasız qaldı? Hələ yenidən bizim komandanın oyununa təyinat alır. Hakim meydanda hər şey edə bilər, biz yox? Bunları da nəzərə almaq lazımdı”.


Bu iddialara cavab verməsi üçün İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. Qurum rəsmisindən “görmürsüz, korsuz” sözünə görə Vitali Kovalyova nə üçün belə sərt cəza verildiyini soruşduq:



“Sabah”ın məşqçisi hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu üzdən də AFFA İntizam Komitəsi onu 4 min manat cərimələyib, 5 oyun cəzalandırıb. Bu sanksiya qurumun məcəlləsinin tələbinə uyğun verilib. Oyunun hakimi rəsmi şəxsdi. İntizam Komitəsinin məcəlləsinə görə referini təhqir etmək 4 min manat cərimə və 5 oyunluq cəza olaraq göstərilib. Hüquqi baxımdan “korsan” sözü təhqir sayılır. Vitali Kovalyov da referinin ünvanına bu sözləri ünvanlayıb. Məcəllədə təhqirlər ağırlığına görə ayırd edilməyib. Hakimin ünvanına qeyri-etik söz səsləndirilibsə, ona uyğun cəza, cərimə tətbiq olunur. Klub bu qərardan narazıdısa, 15 gün ərzində Apellyasiya Arbitiraj Tribunalına müraciət edə bilər”.




Gördüyüz kimi, Erkin bəy rəhbəri olduğu qurumun haqlı qərar verdiyini düşünür. Bəs “Sabah” bu məsələyə görə şikayət edəcək? “Bayquşlar” İntizam Komitəsinin qərarından narazıdı? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Paytaxt təmsilçisinin rəsmisi hələ qərar verilmədiyini deməklə kifayətləndi.

Görünən odu ki, klub da bu məsələ ilə bağlı çox dirəşmək istəmir. Bakı təmsilçisi də Vitali Kovalyov kimi verilən qərarla razılaşıb, cəriməni ödəyəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

11-03-2022, 15:0

AFFA "Sabah"ı bu dəfə də bağışlamadı

Ölkə futbolu / Premyer-liqa

20-05-2022, 15:0

İntizam Komitəsinin iclası keçirildi - 4 klub cərimələndi

Ölkə futbolu

1-04-2022, 15:0

AFFA hakimi söyən futbolçunu cəzalandırdı

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə