Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə start verilib.
11-ci turun hər iki oyunu eyni gündə baş tutub. “Murov” klubunun idman zalında gerçəkləşən görüşlərdə "Neftçi" "Ekspress"ə 3:0 (13:25, 7:25, 13:25), "Murov" isə "Sərhədçi"yə 3:1 (25:11, 23:25, 25:13, 25:15) hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra xallarını 23-ə çatdıran "Murov" liderliyini davam etdirir. 22 xalı olan "Neftçi" ikincidi. MOİK 15 xalla üçüncü, "Ekspress" 6 xalla dördüncüdü. Xalı olmayan "Sərhədçi" isə sonuncu sırada qərarlaşıb