Azərbaycan boksçusu Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatına qələbə ilə başlayıb.
67 kq çəkidə çıxış edən idmançı 1/16 finalda gürcüstanlı Luka Nikabadze ilə qarşılaşıb. Rəqibinə 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə qalib gələn ölkə çempionu 1/8 finala yüksəlib. Onun növbəti rəqibi xorvatiyalı Alen Ahmetoviç olacaq. Döyüş martın 15-də baş tutacaq.