"Qəbələ" - "Zirə" oyunu təxirə salındı

13.03.2022 18:30 538
Ölkə futbolu
Premyer-Liqanın 19-cu turu çərçivəsində baş tutan "Qəbələ" - "Zirə" matçı güclü qar səbəbindən yarımçıq dayandırılıb.

"Football-plus.az" saytının məlumatına görə, 65-ci dəqiqədə Əliyar Ağayev komandaları paltardəyişmə otağına göndərib.

​Hava şəraitinə görə matç davam etdirilməyib. Qarşılaşmanın sabah qaldığı yerdən bərpa ediləcəyi ehtimal edilir.