La Liqada ötən ay rəqib tanımadı

12.03.2022 20:50 535
Dünya futbolu
İspaniya La Liqasında fevralın ən yaxşı oyunçusunun kimliyi məlum olub.

Bu nominasiyanın qalibi “Real”ın qapıçısı Tibo Kurtua olub. Məlumatı turnirin saytı yayıb. Madrid klubu ötən ay çempionatda keçirdiyi 4 oyunda 3 qələbə qazanmış və 1 matçı heç-heçə başa vurmuşdu.

Belçikalı qapıçı bu matçların heç birində qol buraxmamışdı.