• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Müharibənin futbola növbəti zərbələri - YAZI

Manşet / Yazarlar

10-03-2022, 18:0

Rusiyanın Ukraynaya hərbi təcavüzünün hər iki ölkənin futboluna zərbələr vurduğu məlumdu.

Martın 5-9-u aralığında müharibənin mənfi təsirləri ilə bağlı baş verən hadisələri xronoloji ardıcıllıqla nəzərinizə çatdırırıq.

İnfantino Ukraynaya başsağlığı verdi

FİFA-nın prezidenti Canni İnfantino Andrey Pavelkoya məktub göndərib.
O, Ukrayna Futbol Assosiasiyasının prezidentinə Ukraynada Rusiya ilə müharibə zamanı vəfat edən futbolçular Vitali Sapilo (Karpatı) və Dmitri Martinenko (Qostomel) ilə bağlı başsağlığı verib. İnfantino itkilərlə bağlı futbol dünyasının məyusluğunu ifadə edib.
Əsasən Avropa ölkələrində Ukraynaya dəstək və müharibəyə son qoyulması ilə bağlı aksiyaların davam etdiyini də bildirək.

Rusiya Premyer-Liqası APFLA-dan kənarlaşdırıldı

Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (APFLA) Rusiya Premyer-Liqasını (RPL) bu təşkilatın üzvlüyündən çıxarıb. Bu barədə APFLA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İdarə Heyəti RPL-i üzvlükdən çıxarmaq qərarına gəlib. Qərar həmçinin Rusiya çempionatının 2-ci divizionu olan Milli Futbol Liqasına da şamil olunub.

Qeyd edək ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı qərarlarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edib.

Fransa və İngiltərədən Rusiya kanallarına şok qadağa

Fransa Peşəkar Futbol Liqası (FPFL) Liqa 1-in Rusiya Federasiyasında yayınlanmasını qadağan edib. FPFL rəhbərliyi bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən verib. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda belə bildirilib:

“FPFL martın 4-dən Fransa çempionatının oyunlarının “Matç TV” kanalında yayımlanması ilə bağlı müqaviləni dayandırır”.


İngiltərə Premyer-Liqası da FPFL kimi qərar verib. Turnirin rəsmi saytının məlumatında premyer-liqanın oyunlarının Rusiyada yayınının rəsmən dayandırıldığı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə belə qərar verildiyi bildirilib:

“İngiltərə Premyer-Liqası və bu liqada çıxış edən klublar martın 8-də yekdilliklə “Rambler Group”un Rusiya yayın tərəfdaşı olan “Okko Sport” ilə əməkdaşlığını dayandırmaq qərarına gəlib. Qərar dərhal qüvvəyə minir. Liqa rəhbərliyi həmçinin Ukrayna xalqına dəstək üçün 1 milyon funt sterlinq ianə etməyi qərara alıb. Premyer-Liqa Rusiyanın Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir. Biz sülhə çağırış edir və zərərçəkənlərin hamısına mənəvi dəstək veririk”.


Almaniya Futbol Liqası (AFL) isə “Matç TV”yə xəbərdarlıq edib. Buna Rusiya kanalında bundesliqanın oyunlarının yayını zamanı çempionatın loqotipinin fonunda Ukrayna bayrağının görünməməsi səbəb olub. “Matç TV”nin 25-ci turun martın 4-6-sı aralığında keçirilən matçlarında əvvəlki loqotipi nümayiş etdirməsi AFL-də narazılıq doğurub.

Əlavə edək ki, “Eurosport” telekanalının sahibi “Discovery” şirkəti də Rusiyadakı fəaliyyətini dayandırıb. Kanalın Rusiyanın Ukrayna ilə müharibə aparması səbəbindən təcavüzkar ölkədəki yayınını dayandırdığı bildirilib. Qeyd edək ki, “Eurosport” kanalı vasitəsi ilə tennis, xizəksürmə, biatlon, xizəklə tullanma, velosiped sürmə və s. yarışlar yayınlanırdı.

Rusiyanı daha iki legioner tərk etdi

Rusiyanı tərk edən futbolçuların sayı durmadan artır. “Krasnodar”ın isveçli futbolçusu Viktor Klasson klubdan ayrılıb. Klubun rəsmi saytının məlumatında 30 yaşlı yarımmüdafiəçinin premyer-liqa təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Klasson “Krasnodar”da 2017-ci ildən oynayırdı.

Fransız yarımmüdafiəçi Remi Kabellanın müqaviləsi də qarşılıqlı razılıq əsasında pozulub. Xatırladaq ki, bir neçə gün əvvəl bu klubu daha 8 legioner oyunçu tərk etmişdi.

Ukrayna çempionatı İtaliyada keçiriləcək?

İtaliyanın müvafiq təşkilatı Ukraynaya dəstək mesajı verib. Qeyd edək ki, Ukrayna çempionatı fevralın 24-də Rusiya ilə müharibə başlaması səbəbindən dayandırılıb. İtaliya premyer-liqanın 2021/22 mövsümünün növbəti turlarına evsahibliyi etməyə hazırdı. Bu haqda İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlama verib: “İtaliya Futbol Federasiyası qaçqınların qəbuluna kömək etdiyi kimi Ukrayna çempionatının oyunlarını keçirməyə də hazırdı. Biz digər təşəbbüslər üzərində də işləyirik”.

“Sport-Ekspress” qəzeti AİNA-dan çıxarıldı

“Sport-Ekspress” qəzetinin Avropa İdman Nəşrləri Assosiasiyasındakı (AİNA) üzvlüyü dayandırılıb. Rusiyanın populyar idman nəşrinə AİNA-nın baş katibi Kes van Kaylenborq tərəfindən göndərilən məktubda belə deyilir:

“AİNA-nın digər üzvləri ilə məsləhətləşmələrdən sonra aydın oldu ki, “Sport-Ekspress”i assosiasiyanın fəaliyyətindən kənarlaşdırmaqdan və təşkilatın üzvlüyündən çıxarmaqdan başqa yolumuz yoxdu. Sizə belə məlumat verdiyimiz üçün təəssüflənirik. Ən xoş günlərədək”.


AİNA-ya 2001-ci ildə qəbul edilən “Sport-Ekspress” qəzetinin rəhbərliyi bu qərara şərh verməyi lazım bilməyib.

Qeyd edək ki, hazırda assosiasiyaya “La Gazzetta dello Sport” (İtaliya), “Marca” (İspaniya), “Kicker” (Almaniya), “A Bola” (Portuqaliya), “World Soccer” (İngiltərə), “De Telegraaf”, “ELF Voetbal” (hər ikisi Niderland), “Tipsbladet” (Danimarka), “Fanatik” (Türkiyə), “Frankfurter Allgemeine” (Almaniya), “Sport Voetbal Magazine” (Belçika), “Nemzeti Sport” (Macarıstan) nəşrləri daxildi.

Karpin “Rostov”la danışıq aparır

Valeri Karpin “Rostov”la danışıq aparır. Rusiya yığmasının baş məşqçisi bu klubun rəhbərliyi ilə mümkün əməkdaşlığı müzakirə edir. Tərəflər razılığa gələcəyi halda 53 yaşlı mütəxəssis yenidən “Rostov”a başçılıq edəcək. Xatırladaq ki, o, 2017-21-ci illərdə rostovluları çalışdırandan sonra yığmaya təyinat alıb.

Ancaq Karpin milli komandadan getməyəcək. FİFA və UEFA-nın Ukrayna ilə müharibəyə görə Rusiya yığmasını beynəlxalq yarışlardan kənarlaşdırması onda əvvəlki komandasına maraq oyadıb.

Legioner futbolçulara və məşqçilərə güzəşt edildi

FİFA Rusiya premyer-liqasında çıxış edən legioner məşqçi və futbolçularla bağlı qərar çıxarıb. Ali təşkilat onlara klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etmək və digər komandalara keçmək hüququ verib. Başqa sözlə, əcnəbilər anlaşmanın pozulmasına görə cəzalanmayacaqlar. Onların bu güzəştdən Rusiya çempionatında mövsümün sonuna - iyunun 30-na qədər yararlanmaq hüququ olacaq. Digər ölkələrin klubları Rusiyadan gələn oyunçularla hər hansı maneəsiz müqavilə bağlaya bilər. Amma bir kluba maksimum iki yeni futbolçunun qoşulmasına icazə verilib. Yeni müqavilələrin qeydiyyatı üçün son tarix aprelin 7-si müəyyən edilib. FİFA legionerlərlə bağlı güzəşt variantını UEFA ilə məsləhətləşmələrdən sonra qəbul edib.

Ukrayna premyer-liqalarında çıxış edən legionerlərə gəlincə, onların klublarla müqaviləsi müharibənin başlaması ilə avtomatik dayandırılıb.

Polşa mübarizəsiz finala çıxdı

Nəhayət, FİFA çoxdan gözlənilən qərarları martın 8-də verib. Polşa yığması mübarizəsiz DÇ-2022-nin pley-offunun finalına çıxıb. Bu qərara Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarlaşdırılması səbəb olub. Polşa finalda İsveç - Çexiya yarımfinal cütünün qalibi ilə oynayacaq.
Ali futbol qurumu həmçinin DÇ-2022-nin pley-offunun yarımfinal mərhələsinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını açıqlayıb. Rəsmi olaraq matçın yeni tarixi yaxın günlərdə açıqlanacaq. Əvvəlcə oyun martın 24-də Qlazqoda (Şotlandiya) təşkil edilməli idi. Lakin Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənin futbol federasiyası FİFA-dan şotlandlarla oyunun təxirə salınmasını xahiş etmişdi. Xatırladaq ki, Şotlandiya - Ukrayna cütünün qalibi pley-offun finalında Uels - Avstriya cütünün qalibi ilə qarşılaşacaq.

Paylaş:
Digər xəbərlər

Aktual

19-03-2022, 18:0

Rusiyanın Ukraynaya təcavüzündən futbol da əziyyət çəkir

Dünya futbolu

13-03-2022, 15:0

“La Liga Sports TV” Rusiya çempionatından imtina etdi

Aktual
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
Son xəbərlər
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə