Rafael Benites istefaya göndərilmək təhlükəsi ilə üzləşib.
“Everton”un çalışdırıcısı postunu itirməyin astanasındadı. İngiltərədən gələn xəbərlərdə 61 yaşlı ispan baş məşqçinin tezliklə vəzifəsindən azad ediləcəyi bildirilir. Səbəb komandanın bu mövsüm heç də qənaətbəxş çıxış etməməsi ilə bağlıdı.
“Everton” dekabrın 6-da premyer-liqada “Arsenal”ı qəbul edəcək. Liverpul klubu hazırda turnir cədvəlində 14 oyuna 15 xalla 15-ci yeri tutur. Benites mersisaydlıları iyundan çalışdırır.