La Liqanın son oyununda “Valensiya”ya məğlubiyyət (1:3) məşqçi istefasına səbəb olub.
“Qranada” rəhbərliyi Robert Morenonu vəzifəsindən azad edib. Qərara uğursuz nəticələr səbəb olub. 45 yaşlı mütəxəssis komandanı 2021-ci ilin yayından çalışdırırdı. Morenonun səlahiyyətləri klubun ikinci komandasının baş məşqçisi Ruben Torrekilyaya tapşırılıb.
“Qranada” La Liqada sonuncu qələbəni ötən il dekabrın 22-də qazanıb. Onda “Atletiko”nu məğlub edən (2:1) komanda hazırda turnir cədvəlində 25 xalla 17-ci yeri tutur.