“Alaves”in baş məşqçi vəzifəsindən istefaya göndərilən Xose Luis Mendilibarın xələfi müəyyənləşib.
Rəhbərliyin qərarına komandanın uğursuz çıxışı səbəb olmuşdu. “Alaves”i ötən ilin dekabrından çalışdıran 61 yaşlı ispan mütəxəssis komandanı La Liqada 12 oyuna çıxarmış, yalnız 1 qələbəyə sevinmişdi.
Hazırda turnir cədvəlində 22 xalla sonuncu - 20-ci yeri tutan “Alaves”i 2-ci diviziona düşməkdən Xulio Velaskes xilas etməyə çalışacaq. 40 yaşlı mütəxəssisin La Liqada fəaliyyət təcrübəsinə malik olmadığını qeyd edək. Velaskes əvvəllər İspaniyanın 2-ci divizionunda, İtaliya və Portuqaliyada çalışıb.