Nəhənglər qələbə qazandı, Vinisius qovuldu - REPORTAJ

15.10.2026 13:13 54
Reportaj
8-ci turda həm Madrid nəhəngləri, həm də “Barselona” qələbəyə sevindi. Düzdü, bu qələbələr arasında bərabərlik işarəsi qoymaq olmaz. “Barsa” növbəti darmadağına imza atdısa, madridlilər əziyyət çəkdi.

"Football-plus.az" xəbər verir ki, “Barselona” hesabat turunda böyükhesablı qələbə qazandı. Komandaların ötən mövsüm Kataloniya paytaxtında keçirilən oyunundakı ssenari təkrarlandı. Sadəcə, “Barsa” bu dəfə daha tez qol vurmağa başladı. Qol müəllifləri də başqaları idi. “Kamp Nou”ya toplaşan 60 minə yaxın azarkeş artıq 2-ci dəqiqədə Qordonu alqışlamaq üçün ayağa qalxdı. İngiltərəli vinger hər şeyi təkbaşına etdi, üç rəqibə başına yığdı və Soriyanı əks hərəkətdə “ovladı”. Orta hesabla 16 faiz topa nəzarət edən “Xetafe” zədəsini sağaldan Xuan Qarsiyaya oyun ərzində bir dəfə narahatlıq yaşatsa da, qapıçı Asonun zərbəsinin öhdəsindən gəldi. Tezliklə Jezus Romeronun səhvindən yararlanıb, 2-ci qolu vurdu. Fasilə ərəfəsində Kunde gözlənilmədən kataloniyalıların hücumundə əsas fiqur oldu. Fransalı ilk yarıda fərqlənə bilməsə də, 2-ci hissədə Yamalın ötürməsini boşa vermədi. “Barselona” mövsümün startında ardıcıl 8-ci qələbəsini qazandı.

“Sabah”ın ÇL-in liqa mərhələsindəki rəqibi “Vilyarreal”ı qəbul edən “Real” da xal itirmədi. Komandaların heç biri baxımlı oyun göstərmədi, ancaq 3 xalı meydan sahibləri qazandı. “Real” oyunun əvvəlində qol vura, işini asanlaşdıra bilərdi – Mbappenin zərbəsi dirəkdən döndü. Hissənin ortalarında optimal formadan uzaq olan fransalı ulduz daha bir yaxşı imkanı qaçırdı. Mourinyo fasilədə sol cinahı gücləndirdi, tezliklə Aleksander-Arnoldu Vinisiusla əvəzləməklə, ümumiyyətlə, “va-bank getdi”. Bu gediş əslində işə yaradı – dinamikanı artıran “Real” bir neçə dəqiqədən sonra hesabı açdı. Diomande Valverdenin ötürməsindən yararlandı. Ardından braziliyalı komandasını çətinə saldı. Əks-hücum zamanı fərqlənsə də, bundan əvvəl Salibanın saçından dartmağa da imkan tapdı. VAR dönəmində belə hərəkətin adı axmaqlıqdan başqa bir şey deyil. 73-cü dəqiqədə qovulan Vinisius komandasını azlıqda qaydı. Madridlilər hətta bu şəraitdə də Mbappe üçün iki təhlükəli vəziyyət yaratdı. “Sarılar”ın da məğlubiyyətdən qurtulmaq imkanı var idi, ancaq ya zərbələri dəqiq olmadı, ya da Kurtua komandasını xilas etdi. Bu çətin qələbə “Real”ı çempionluq yarışında saxlasa da, oyunun məzmunu ilə bağlı nəsə düşünmək lazımdı.

“Atletiko” ardıcıl 4-cü oyunda qələbə qazandı. “Alaves” 61-ci dəqiqədə azlıqda qaldı və yalnız bundan sonra qələbə topunu vurmaq mümkün oldu.
Liderlər qrupunda qərarlaşan “Betis” “Osasuna”nı darmadağın etdi. “Deportivo” “Real Sosyedad” qarşısında 0:3 geri düşəndən sonra ayıldı və qollardan ikisinin əvəzini çıxa bildi. “Malaqa” – “Espanyol”, “Elçe” – “Selta”, “Rasinq” – “Valensiya” oyunlarında heç-heçə qeydə alındı.

8-ci tur
Barselona – Xetafe 3:0

Qordon, 2. Jezus, 30. Kunde, 73. (59463)
Barselona: X.Qarsiya, Kunde, Martin, Espart, E.Qarsiya, Qavi (Lopes, 61), Rodri (Bernal, 71), Qordon (Adeyemi, 71), Olmo (Pedri, 61), Yamal, Jezus (Abdelkərim, 82).

Real – Vilyarreal 1:0
Diomande, 62. (75242)
Real: Kurtua, Aleksander-Arnold (Vinisius, 52), Konate, Rüdiger, Karreras (Kukurelya, 46), Valverde, Çuameni, Gülər (Kamavinqa, 77), Bellingem, Diomande (Dumfris, 86), Mbappe.
Vilyarreal: Qulaçi, Kardona (Mikautadze, 67), Veyqa, Navarro, Frimen, Foyt (Romero, 56), Geye, Komesanya (Saliba, 56), Moleyro (El-Jmili, 86), Ahomaş (Oluvaseyi, 67), Peres.

Alaves – Atletiko 1:2
Boye, 45+6-p. – Qrimaldo, 33. Romero, 87. (17741)
Atletiko: Oblak, Qrimaldo, Le Norman (Hantsko, 62), Romero, Lyorente, Kardoso, Koke, Lukman (Alvares, 47), Barrios (Li Kan İn, 57), Simeone (Sörlot, 73), Devid (Baena, 47).

Betis – Osasuna 5:2
İsko, 10-p.; 67. Ezzalzuli, 31. Budimir, 48-öz qapısına. Morante, 90+6 – Budimir, 51. De Aro, 56. (65484)

Real Sosyedad – Deportivo 3:2
Martin, 29. Zaxaryan, 34. Qedeş, 54 – Soriano, 61. Ernandes, 69-p. (33644)

Malaqa – Espanyol 1:1
Ninyo, 90+3 – Saraqosa, 13. (28167)

Elçe – Selta 0:0
(25470)

Rasinq – Valensiya 2:2
Zabiri, 32. Martin, 47 – Raba, 2. Otorbi, 65. (22633)

Levante – Sevilya 3:3
İvan Romero, 57. Dela, 90+2. Ndukve, 90+10 – Yur, 13. Korreyya, 54. İsaak Romero, 90+5. (19840)

“Rayo Valyekano” – “Atletik” oyunu azarkeşlərin meydana kənar əşyalar atması üzündən yarımçıq qalıb.

1. Barselona 8 8 0 0 34-7 24
2. Atletiko 8 6 1 1 18-8 19
3. Betis 8 6 1 1 14-9 19
4. Real 8 6 0 2 19-8 18
5. Sevilya 8 4 2 2 13-12 14
6. Real Sosyedad 8 4 1 3 12-15 13
7. Alaves 8 3 2 3 12-8 11
8. Deportivo 8 2 4 2 12-11 10
9. Selta 8 1 5 2 8-6 8
10. Atletik 6 2 2 2 7-6 8
11. Vilyarreal 8 2 2 4 13-13 8
12. Espanyol 8 2 2 4 11-11 8
13. Rayo Valyekano 7 2 2 3 11-16 8
14. Xetafe 8 2 2 4 4-10 8
15. Rasinq 8 2 2 4 13-23 8
16. Osasuna 8 2 2 4 8-18 8
17. Levante 7 1 3 3 11-15 6
18. Elçe 8 1 3 4 11-17 6
19. Valensiya 8 1 2 5 6-15 5
20. Malaqa 8 0 4 4 4-13 4

Bombardirlər: Rafinya (Barselona) – 12, Yamal (Barselona), Mbappe (Real), Kamelyo (Rayo Valyekano), Zabiri (Rasinq) – 7.

Növbəti turun oyunları oktyabrın 16-19-u aralığında keçiriləcək: Deportivo – Levante, Espanyol – Atletiko, Vilyarreal – Elçe, Betis – Barselona, Valensiya – Atletik, Osasuna – Rasinq, Selta – Alaves, Malaqa – Real Sosyedad, Real – Sevilya, Xetafe – Rayo Valyekano.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bu gün ilk qolu mümkün qədər tez vurmaq çox vacib idi. Bu qol bizə inam verdi. Uzun fasilədən sonra oyun ritminə dönmək asan deyil. Əla oynadıq, baxmayaraq ki, “Xetafe” çox yaxşı müdafiə olunan komandadı. Biz də yüksək səviyyədə müdafiə olunduq. Oyunun axarına nəzarət edə bildik. Bəzi mövqelərdə yüksək səviyyəli üç futbolçumuz var. Komandada əla atmosfer hökm sürür, hər kəs komanda üçün oynayır”.


Turun rəqəmi
200 – Çuameni “Real”ın heyətindəki oyun sayını bu həddə çatdırdı. O, bu həddə çatan 6-cı fransalıdı. Orelyenin Mendi, Kamavinqa və Zidanı yaxın illərdə arxada qoyması mümkündü. Fransalılar arasında rekord Benzemaya (648) məxsusdu.

Turun ulduzu
Entoni Qordon (Barselona) – yığmada Yamal sürətli qollar həvəskarıdısa, klubda bu rolu ingiltərəli üzərinə götürüb. Qordon 2-ci dəqiqədə fərqlənməklə “Xetafe”nin darmadağının əsasını qoydu.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Əsas odu ki, qol vuraq, kimin vurması vacib deyil. “Qırmızı” önəmli məqamdı, ancaq rəqib ondan sonra daha böyük qüvvə ilə müdafiə olundu. Qol vurmaq üçün inadla çalışdıq. İstədiyimiz və ehtiyac duyduğumuz qələbəni qazandıq”.


Faktlar
* “Barselona” tarixində 2-ci dəfə mövsümün ilk 8 oyununda qələbə qazanıb. Komanda əvvəllər yalnız 2013/14 mövsümünə, Xerardo Martinonun rəhbərliyi altında 8 qələbə ilə başlamışdı. Bundan başqa, “Barsa” La Liqanın cari mövsümündə artıq 34 qol vurub. Mövsümün ilk 8 oyununda bundan daha çox (41) qol vurmağı yalnız 1940/41 mövsümündə “Sevilya” bacarıb.
* “Barsa” formasında 194-cü oyuna çıxan Kunde bu göstəricidə fransalılar arasında liderliyi ələ keçirdi. 27 yaşlı müdafiəçi Erik Abidalı arxada qoydu.