Sabiq futbolçu Pepe Portuqaiya Futbol Federasiyasının İdarə Heyətinə üzv seçilib.
"Football-plus.az" xəbər verir ki, O, karyerasını 2024-cü ilin yayında başa vurub. 43 yaşlı Pepe futbolçu həyatının çox hissəsini “Real”da keçirib. Bu komandada 2007-17-ci illərdə keçirdiyi on il ərzində 334 matçda meydana çıxıb. Ağ formada 14 titul qazanıb. Sabiq müdafiəçinin İspaniya çempionatında və Çempionlar Liqasında üç dəfə çempion olduğunu xüsusilə xatırladaq.
Milli komandada AÇ-2016-nın və Millətlər Liqası-2019-nın qalibi olan Pepe karyerası ərzində “Maritimu”, “Portu” və “Beşiktaş”da da çıxış edib.
Sabiq futbolçu federasiyada işləyəcək
Dünya futbolu





