Qələbə münasibəti ilə qaçacaqlar

9.10.2026 13:33 36
İdman
Noyabrın 1-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 6-cı “Qələbə qaçışı” xeyriyyə tədbiri keçiriləcək.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş tədbir “Qürurla irəli!” şüarı altında təşkil olunacaq. İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcək. 10 kilometr məsafəni əhatə edəcək qaçış səər saat 10-da başlayacaq. Finiş xəttini ilk keçən iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Oktyabrın 31-də isə tədbir ərazisində fan-zona fəaliyyət göstərəcək. Burda qonaqlar üçün müxtəlif əyləncələr və maraqlı proqramlar təqdim olunacaq.Qaçışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Yer məhdud olduğundan iştirakçı sayı müəyyən limitə çatdıqda qeydiyyat avtomatik dayandırılacaq. İştirak üçün qeydiyyat zamanı 20 manat ianə ödənilməlidi. Toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.