"Neftçi" "Sabah"la oyunun hazırlığını başa vurdu

8.10.2026 22:00 36
Ölkə futbolu
"Neftçi"nin Misli premyer-liqasının 7-ci turunda qarşılaşacağı “Sabah” ilə matçın hazırlığı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşü sabah saat 19.30-da başlanacaq.

Matçın biletlərini “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə biletlər oyun günü saat 14.00-dan etibarən satışda olacaq.