Bakıda cüdo üzrə dünya çempionatı başlayır

4.10.2026 12:56 45
İdman
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Yarışın açılış günündə 4 cüdoçumuz tatami üzərinə çıxacaq.

Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə qarşılaşacaq.

Kişilərin yarışında 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə, Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) duelinin ən güclüsü ilə üz-üzə gələcək.

Oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.