İlham Əliyev federasiya prezidentini təltif etdi - FOTO

3.10.2026 14:50 27
İdman
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizer Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif olunub.

Sərəncam oktyabrın 3-də imzalanıb.

İlham Əliyev federasiya prezidentini təltif etdi