Türkiyə darmadağın oldu, ermənilər evdə uduzdu - gecənin nəticələri

29.09.2026 00:56 27
Aktual / Dünya futbolu
Bu gecə Millətlər Liqasında 2-ci turun daha 8 oyunu keçirilb. Təəssüf ki, Türkiyə yığması Fransanın ardından evdə İtaliyaya da uduzub. Özü də biabırçı hesabla...
A liqası, 1-ci qrup: Belçika – Fransa 0:1 (Olise, 88), Türkiyə - İtaliya 1:4 (Barış Yılmaz, 47 – Bastoni, 9. Frattezi, 22. Kayode, 27. Espozito, 50).
B liqası, 2-ci qrup: Gürcüstan – Ukrayna 0:0, Şimali İrlandiya – Macarıstan 0:0.
B liqası, 4-cü qrup: İsveç – Polşa 3:1 (Niqren, 8. Ayyari, 63. Dyökereş, 72 – Şimanski, 43), Rumıniya – Bosniya və Hersoqovina 2:4 (Birlica, 28. Çikeldau, 62 – Giqoviç, 12. Muharemoviç, 19. Tabakoviç, 40. Mahmiç, 55).
C liqası, 2-ci qrup: Ermənistan – Monteneqro 2:3 (Serobyan, 34. Spertsyan, 65 – Piloyan, 20-öz qapısına. Krstoviç, 38. Latkoviç, 89), Latviya – C.Kipr 0:0.