Türkiyə Zidanın Fransasına uduzdu

26.09.2026 00:52 27
Aktual / Dünya futbolu
Bu gün Millətlər Liqasında ilk turun daha 8 oyunu keçirilib. Təbii ki, Türkiyə - Fransa oyunu hamının diqqət mərkəzində idi. “Football-plus.az” xəbər verir ki, qonşu ölkənin yığması güclü rəqibdən xal ala bilməyib – 0:1.
A liqası, 1-ci qrup: İtaliya – Belçika 0:2 (Qodts, 20. Lukebakio, 69), Türkiyə - Fransa 0:1 (Mbappe, 54).
B liqası, 2-ci qrup: Gürcüstan – Şimali İrlandiya 0:1 (Çarlz, 90+9), Macarıstan – Ukrayna 0:1 (Sikan, 42).
4-cü qrup: Polşa – Bosniya və Hersoqovina 0:0, İsveç – Rumıniya 2:1 (İsak, 20. Dyökereş, 43 – Man, 29).
C liqası, 2-ci qrup: Ermənistan – Latviya 2:0 (Arutyunyan, 31. Qəribyan, 75), Monteneqro – Cənubi Kipr 2:1 (Krstoviç, 66-p. Osmayiç, 86 – Edvards, 55).