İbra ''mövsümün əvvəlindən bu yana oyunu ilə səni heyrətləndirən yarımmüdafiəçi kimdi'' sualına cavab verərkən Arda Güləri yerə-göyə sığdırmayıb:
''Arda Gülər mükəmməl oyunçudu. Onun hazırda dünyanın ən yaxşı 5 mərkəz müdafiəçisindən biri olduğunu söyləsəm, yalan demiş olmaram. Hazırda öz mövqeyində Ardadan daha güclü olan futbolçuların sayı çox azdı. Mən topla oynaya, ötürmə verə, rəqibi keçə, topu özündə saxlaya bilən futbolçuları sevirəm. Arda müasir futbolun təbii ''10 nömrə''lərindən biridi. Onun səviyyəsindəki oyun qurucularının yavaş-yavaş nəsli tükənir. Məsut Özil, Maradona, Messi, Totti, Mata kimi oyunçulardan bəhs edirəm. Ardanın köhnə ''10 nömrə''lərdə gördüyümüz keyfiyyətləri geri qaytarması məni həqiqətən sevindirir. Məncə, dünyanın ən yaxşı ''10 nömrə''sidi. Eyni zamanda dünyanın ən yaxşı futbolçusu olmaq potensialına malik olduğunu da düşünürəm''.
Maraqlıdı ki, İbranın təriflərinə baxmayaraq Ardanı ''Real''ın daimi əsas heyət üzvü saymaq çətindi. Onun ümumiyyətlə, ''Real''da hansı mövqedə oynamalı olması ilə bağlı çox müzakirələr gedir. 21 yaşlı futbolçu bu mövsüm La Liqada iştirak etdiyi 6 oyunun 4-də start heyətində meydana çıxıb və aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazıb.





