• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Krasnodar”ın zirvədə yeri rahatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 21:0

Rusiya premyer-liqasında “Krasnodar” fırtınası əsməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, Tarixinin ən yaxşı mövsümünü keçirən və inamla turnir cədvəlinə başçılıq edən bu komanda hesabat turunda fanatlarına daha bir unudulmaz qələbə bəxş etdi. Çox zəif mövsüm keçirən “Rostov” gözlənilmədən Krasnodarda fasiləyə 2 topluq üstünlüklə yollandı. Amma meydan sahibləri fasilədən sonra 3 qol vuraraq möhtəşəm qələbə qazandı. “Öküzlər” 2019-un iyulundan bəri ilk, ümumilikdə isə premyer-liqada cəmi 4-cü dəfə 2 top fərqi ilə geridə olquları qarşılaşmada qələbə qazandılar. Buna qədər 11 tura maksimum 23 xal toplayan komandanın hazırda hesabında 27 xal var. Özü də 2-ci pillədəki “Krılya Sovetov”un turu məğlubiyyətlə başa vurduğunu nəzərə alsaq, “Krasnodar” artıq ən yaxın izləyicisindən 6 xal aralanıb!

“Zenit” 2 oyunluq məğlubiyyət seriyasına “Soçi” ilə səfər matçında son qoydu. Maraqlıdı ki, Sankt-Peterburq nəhəngi 15 turdan sonra ilk dəfə penalti qazandı. Rusiya karyerasında ilk dəfə ardıcıl 3 oyunda fərqlənən Kassyerra bombardirlər yarışındakı liderliyini bir qədər də möhkəmləndirdi. “Soçi” isə hələ ki mövsümün aşkar autsayderidi. Sonuncu pillədə qərarlaşan komanda ardıcıl 6-cı turu xalsız başa vurdu. “Lokomotiv” Yekaterinburqda 1 xala şükür etdi. Komanda son saniyələrdə məğlubiyyətdən qurtuldu. “Loko” bu mövsüm artıq 4-cü dəfə 90-cı dəqiqədən sonra qol vurmağa müvəffəq oldu. Evdə “Fakel”i yenə bilməyən “Dinamo” ardıcıl 4-cü turu qələbəsiz başa vurdu. Bu tur əsas diqqətlər “Otkrıtie Arena”ya yönəlmişdi. Rusiya futbolunun bir nömrəli derbisi çox baxımlı, məhsuldar alındı və tərəflərdən heç birinə sərf etməyən bərabərliklə yekunlaşdı. Buna qədər premyer-liqada keçirdiyi 37 qarşılaşmada cəmi 1 qol vuran Qayiç qəhrəman olmağa yaxın idi. ÇSKA-nın serbiyalı sağ cinah müdafiəçisi hər hissədə bir qol vuraraq komandasını iki dəfə hesabda önə keçirdi. Amma ilk halda Promes, 2-ci halda Medina bərabərlik qolunu vurdu. Özü də əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə fərqlənən Medina “Spartak”a bu yay məhz ÇSKA-dan gəlmişdi! Bu xal itkisindən sonra hər iki Moskbva nəhəngi liderdən 10 xal geri düşdü.

11-ci tur
Soçi – Zenit 0:2
Klaudinyo, 9-p. Kassyerra, 30.
Zenit: Adamov, Yerakoviç, Rodriqao, Alip, Santos, Klaudinyo (Du Keyruş, 46), Barrios (Kovalenko, 89), Vendel, Kassyerra (İzidor, 72), Mantuan (Karavayev, 81), Sergeyev.
Spartak – ÇSKA 2:2
Promes, 39. Medina, 90+6 – Qayiç, 31; 60.
Spartak: Maksimenko, Denisov, Duarte, Babiç, Ryabçuk (Klassen, 76), Mozes (Litvinov, 58), Martins (Zobnin, 64), Prutsev (Zinkovski, 76), Bonqonda (İqnatov, 58), Promes, Medina.
ÇSKA: Akinfeyev, Kellven, Muxin (Nababkin, 78), Roşa, Qayiç, Zdelar, Moyzes (Zabolotnı, 86), Oblyakov (Aqapov, 86), Mendes (Kuçayev, 90+2), Fayzullayev, Çalov (Davila, 86).
Ural – Lokomotiv 2:2
Beqiç, 12. Bikfalvi, 53 – Dzyuba, 5. Süleymanov, 90+6.
Lokomotiv: Lantratov, Nenaxov, Morozov, Fasson, Silyanov (Mitay, 75), Barinov, Maradişvili (Saüleymanov, 81), Samoşnikov (Pinyaev, 59), Mirançuk (Qluşenkov, 46), Tiknizyan (Jemaletdinov, 75), Dzyuba.
Krasnodar – Rostov 3:2
Spertsyan, 50. Komliçenko, 80-öz qapısına. Kordoba, 90+5 – Qlebov, 23. Mohebi, 41.
Nijni Novqorod – Krılya Sovetov 2:0
Sevikyan, 13. Ze Turbo, 90+3.
Axmat – Rubin 0:1
Çumiç, 34.
Baltika – Orenburq 1:0
Quzina, 23.
Dinamo – Fakel 0:0
1. Krasnodar 11 8 3 0 19-5 27
2. Krılya Sovetov 11 6 3 2 25-14 21
3. Zenit 11 6 2 3 22-11 20
4. Lokomotiv 11 5 4 2 18-16 19
5. Spartak 11 5 2 4 16-18 17
6. Dinamo 11 4 5 2 17-15 17
7. Nijni Novqorod 11 5 2 4 11-9 17
8. ÇSKA 11 4 5 2 22-17 17
9. Ural 11 4 4 3 12-14 16
10. Rubin 11 3 3 5 11-20 15
11. Axmat 11 3 3 5 12-12 12
12. Orenburq 11 3 2 6 13-18 11
13. Baltika 11 3 1 7 10-16 10
14. Rostov 11 2 4 5 17-24 10
15. Fakel 11 2 3 6 7-14 9
16. Soçi 11 2 0 9 9-18 6
Bombardirlər: Kassyerra (Zenit) – 9, Çalov (ÇSKA) – 6, Zabolotnı (ÇSKA), Kordoba, Spertsyan (hər ikisi “Krasnodar”) – 5.
Növbəti turun oyunları oktyabrın 21-22-də keçiriləcək: Zenit – Krılya Sovetov, Rostov – Axmat, Lokomotiv – Dinamo, Rubin – ÇSKA, Baltika – Krasnodar, Ural – Soçi, Orenburq – Fakel, Spartak – Nijni Novqorod.

Oyundan sonra
Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi: “Tempimiz aşağı idi. Xüsusilə də ilk yarıda. Halbuki topu daha tez hərəkət etdirməliydik. Ləng davrandığımızdan rəqib cinahları bağlayırdı. Pressinqimizdə də səhvlər var idi. Məsələn, ilk buraxdığımız qolda 3 dəfə qayda pozuntusu hesabına da olsa, rəqib oyunçunu dayandıra bilərdik. Amma bunu etmədik. Derbidə çox vaxt xırda detallar həlledici olur. Bu gün də belə oldu. ÇSKA-nın da haqqını vermək lazımdı. Yaxşı mübarizə apardılar. Fikrimcə, futbolsevərlər üçün maraqlı qarşılaşma oldu. Bir-birindən gözəl qollar vuruldu. Yığma fasiləsində səhvlərimizi incələmək üçün yetərincə vaxtımız olacaq. Rəhbərliyin dəstəyini hiss edirəm. Başa düşürəm ki, məşqçinin işinə əsasən nəticələrə görə qiymət verilir. Amma “Spartak”da bu yay ciddi dəyişikliklər oldu. Görürük ki, artıq yeni gələnlər komandaya fayda verməyə başlayıb”.

Vladimir Fedotov, ÇSKA-nın baş məşqçisi: “Son saniyədə qol buraxıb qələbəni əldən vermək həmişə üzücüdü. Amma komandamın motivasiyası və futbolçuların işə ciddi yanaşması məni sevindirdi. İntriqanı daha tez öldürmək üçün dəfələrlə fürsətimiz oldu. Təəssüf ki, yararlana bilmədik. Sonda da üzücü bir qol buraxdıq. Həmin epizodda daha diqqətli oynaya bilərdik. Pressinqdən yaxşı istifadə etdik. “Spartak”a müdafiədən hücum qrmağa imkan vermirdik. Qayiç zədədən qayıdandan sonra məşqlərdə üzərində yaxşı işləyirdi. Bu gün bunun bəhrəsini gördü”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-10-2023, 20:0

Çempion məğlubiyyətləri sıralayır – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

7-06-2023, 21:0

ÇSKA gümüş medalları əldən vermədi – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 19:0

''Spartak'' ilk məğlubiyyətini Yekaterinburqda yaşadı – TURUN ŞƏRHİ

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

“Spartak”dan əzmkar və dramatik qələbə - TURUN ŞƏRHİ

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 235
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə