“Sabah” - “Sumqayıt” oyunu təxirə salınacaq!

14.08.2026 20:18 1
Ölkə futbolu / Aktual
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah”ın pley-off mərhələsinə vəsiqə qazandığı məlumdu.

“Bayquşlar” bu mərhələdə İsrailin “Hapoel” klubu ilə qarşılaşacaq. Avqustun 19-da ilk görüş Rumıniyada - “Culeşti” stadionunda keçiriləcək. Ardından “Sabah” evdə “Sumqayıt”la çempionat oyununa çıxmalıdı. PFL 2-ci turun oyunlarının avqustun 21-24-də keçiriləcəyini xəbər versə də, oyunları günlər üzrə bölməyib. Lap “Sabah”ın oyunu avqustun 22-nə salınsa belə, münasib variant deyil. Çünki çempion səfər oyunundan cəmi 6 gün sonra – avqustun 25-də “Hapeol”lə evdə qarşılaşmalıdı. Bir sözlə, bu sıx qrafikdən yeganə çıxış yolu “Sabah”ın “Sumqayıt”la çempionat oyununun təxirə salınmasıdı ki, hazırda PFK və adı çəkilən klublar məhz bu variantı müzakirə edir.

Xatırladaq ki, oxşar hadisə ötən mövsüm də yaşanıb. “Qarabağ” fevralın 18-də Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-off matçında “Nyukasl”ı qəbul edib. Cavab görüşü fevralın 24-nə planlaşdırılmışdı. Ağdamlılar bu aralıqda, yəni fevralın 21-də “Neftçi” ilə çempionat oyununa çıxmalıydı. Lakin klublar arasında əldə olunan razılığa əsasən matç təxirə salındı. Bəlkə də məhz bunun hesabına “Qarabağ” səfərdə yaxşı təsir bağışladı, abırlı hesabla uduzdu (2:3).

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul