Qızlardan ibarət basketbol millimiz FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, yığmamız 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində ilk matçını Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.
Qarşılaşma bu gün, Slovakiyanın Pieştani şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.