Nəriman Axundzadə 3,5 illik müqaviləyə razılıq verdi! – Azərbaycan futbolunda yeni rekord

10.02.2026 11:10 154
Ölkə futbolu
“Qarabağ”ın 21 yaşlı hücumçusu Nəriman Axundzadənin “Kolambus Kryu”ya transferi ilə bağlı bütün məsələlər bu gün səhər saatlarında razılaşdırılıb. Hər iki klubun yaxın saatlarda bununla bağlı açıqlama verməsi gözlənilir. Gənc istedad ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə bağlayacaq. Müddət bir tərəfə, məbləğ də azərbaycanlı futbolçularla bağlı rekorddu. “Qarabağ” bu transferdən 1,2 milyon avro qazanacaq.
ABŞ-də yeni futbol mövsümü fevralın 21-də başlayacaq. “Kolambus Kryu” yeni mövsümdə ilk oyunu ertəsi, Bakı vaxtı ilə 07.30-da keçirəcək. Nərimanın həmin oyunda iştirakı mümkün deyil. Çünki onun həmin ölkəyə yaxın iki həftə ərzində yollanacağı gözlənilir.
ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul