400-dən çox PUA müsadirə edilib

4.07.2026 17:30 10
Dünya futbolu
DÇ-2026-nın təşkilatçıları təhlükəsizliyin ən yüksək səviyyədə təminatını həyata keçirməyə çalışırlar. Bu baxımdan ABŞ-nin müvafiq orqanlarının səyləri təqdirəlayiqdi.

"Football-plus.az" xəbər verir ki, ölkənin Federal Təhqiqat Bürosu (FTB) matçlarının keçirildiyi ərazilərdə 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ələ keçirib.

Bu barədə qurumun direktoru Keş Patel X sosial şəbəkəsində məlumat yayıb.

FTB-nin rəhbəri ABŞ-də dünya çempionatının oyunlarına evsahibliyi edən şəhərlərdə PUA uçuşlarının qarşısını almaq üçün xüsusi qrupların fəaliyyət göstərdiyini də bildirib. Onun sözlərinə görə, FTB-nin əməkdaşları bazar günü Mayamidə 7 pilotsuz uçuş aparatını ələ keçiriblər. Fan zonalarda keçirilən tədbirlər zamanı isə daha 7 dron zərərsizləşdirilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul