Bolqarıstan – Azərbaycan: qolsuz bərabərlik

31.03.2026 21:58 20
Ölkə futbolu
Ölkəmizin U-21 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanın qonağıdı.

“Football-plus.az” xəbər verir ki, oyun heç-heçə başa çatıb - 0:0.

Rəqib 82-ci dəqiqədə azlıqda qalsa da, Rəşad Eyyubovun komandası say üstünlüyündən yararlana bilməyib.

Azərbaycan yığmasının start heyəti: Sadiq Məmmədzadə, Emin Rüstəmov, Rüfət Abbasov, Eşqin Əhmədov, Elgün Dünyamalıyev, Raul Məmmədov, Oruc Məmmədov, Hikmət Cəbrayılzadə, Şahin Şahniyarov, Nihad Əhmədzadə, Nahid Əliyev.

58-ci dəqiqədə Oruc Məmmədovu Edqar Adilxanov əvəz edib. 75-ci dəqiqədə yığmamızın heyətində daha iki dəyişiklik olub: Nahid Əliyevi Şahin İbrahimov, Nihad Əhmədzadəni isə Murad Məmmədov əvəz edib. 90+2-ci dəqiqədə Emin Rüstəmovun əvəzinə meydana Əkbər Eyyubov, Şahin Şahniyarovun əvəzinə isə Emil Süleymanov çıxıb.

Bu qrupda bir qədər əvvəl başa çatan oyunda Çexiya Cəbəllütariqi darmadağın edib - 5:0.

Portuqaliya - Şotlandiya oyunu isə Bakı vaxtı ilə 22.30-da başlayacaq.