FİFA AFFA-ya təşəkkür etdi

31.03.2026 12:57 13
Ölkə futbolu
“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FİFA AFFA-ya təşəkkürünü bildirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. C. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.