Dilinin bəlasına düşdü

26.11.2024 18:39 297
Dünya futbolu
Rodriqo Bentankur dilinin bəlasına düşüb: oyundaşı ilə zarafatı uruqvaylı futbolçuya baha başa gəlib.

“Tottenhem”in yarımmüdafiəçisi ölkəsindəki televiziya proqramlarından birində komanda yoldaşı Son Hın Min haqqında irqçi xarakterli zarafatına görə ağır cəzalanıb. Rodriqo “Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinə bənzəyir” fikrini dilə gətirib. Onun bu fikri İngiltərədə və dünyada tənqidlərə səbəb olub. Müxtəlif qurumlar dərhal Bentankurla bağlı araşdırmaya başlayıb.
Son Hın-Min isə komanda yoldaşının ondan üzr istədiyini və aralarında heç bir problemin olmadığını demişdi.

Buna baxmayaraq, İngiltərə Premyer-Liqasının müvafiq komitəsi 27 yaşlı yarımmüdafiəçinin səsləndirdiyi ifadələrin irqçi xarakterli olduğu qənaətinə gəlib və ona 7 oyunluq cəza kəsib. Rodriqo həmçinin 120 min avro məbləğində cərimə də ödəyəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul