Krosbi Hou ilə Oveçkinə çatdı

26.01.2026 21:58 7
İdman
“Pittsburq”un hücumçusu Sidni Krosbi MHL-də 38 və daha artıq yaşlı hokkeyçilər arasında qol sayına görə Qordi Hou ilə Aleksandr Oveçkinə çatdı.

Komandasının “Kolambus”a 3:4 uduzduğu oyunda fərqlənən kanadalı ulduz cari mövsümdə 44-cü qolunu vurdu. Hou buna 1968/69, Oveçkin isə 2024/25 mövsümündə nail olub.

"Football-plus.az" xəbər verir ki, Oveçkindən söz düşmüşkən, “Vaşinqton”un baş meneceri Kris Patrik onunla söhbətin təfərrüatını açıqlayıb:
“Əslində elə bir söhbət olmadı. Qısaca komandanın durumunu müzakirə etdik, o, komandaya nə lazım olduğunu dedi, həmçinin bununla bağlı fikirlərimi dinlədi. Oveçkinin gələcəyi haqda ətraflı danışmadıq. Bu söhbətin təəssüratına əsasən deyə bilərəm ki, Aleksandr yaxın perspektivə - komandanı pley-offa çıxarmağa və növbəti dəfə Stenli kubokunu qazanmaq yolundakı cəhdə köklənib. Odu ki, gözləmək lazım gələcək”.

Xatırladaq ki, rusiyalı ulduz 2005-ci ildən bəri “Vaşinqton”un şərəfini qoruyur. Oveçkin 2018-ci ildə bu kluba tarixindəki yeganə Stenli kubokunu qazandıranlardan biridi. 40 yaşlı ulduzun müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi.

16 yanvar
Baffalo – Monreal 5:3 (2:2, 1:1, 2:0)
Vaşinqton – San-Xose 2:3 (0:0, 1:3, 1:0)
Kolambus – Vankuver 4:1 (1:0, 2:1, 1:0)
Pittsburq – Filadelfiya 6:3 (2:0, 2:1, 2:2)
Boston – Sietl 4:2 (2:1, 1:1, 1:0)
Minnesota – Vinnipeq 2:6 (0:3, 1:3, 1:0)
Çikaqo – Kalqari 1:3 (1:2, 0:0, 0:1)
Edmonton – Aylenders 0:1 (0:0, 0:0, 0:1)
Yuta – Dallas 2:1 (0:0, 1:0, 1:1)
Veqas – Toronto 6:5 OT (1:3, 1:1, 3:1, 1:0)

17 yanvar
Detroyt – San-Xose 4:2 (1:1, 1:1, 2:0)
Karolina – Florida 9:1 (1:0, 2:1, 6:0)
Sent-Luis – Tampa-Bey 3:2 B (2:0, 0:2, 0:0, 0:0)
Kolorado – Neşvill 3:7 (2:2, 0:2, 1:3)
Los-Anceles – Anahaym 2:3 B (1:0, 1:2, 0:0, 0:0)
Baffalo – Minnesota 4:5 OT (1:2, 3:2, 0:0, 0:1)
Filadelfiya – Reyncers 3:6 (1:3, 1:3, 1:0)
Kalqari – Aylenders 4:2 (1:0, 3:1, 0:1)

18 yanvar
Yuta – Sietl 6:3 (1:1, 2:2, 3:0)
Vaşinqton – Florida 2:5 (0:1, 2:2, 0:2)
Vinnipeq – Toronto 3:4 OT (0:0, 2:1, 1:2, 0:1)
Nyu-Cersi – Karolina 1:4 (0:0, 0:2, 1:2)
Ottava – Monreal 5:6 (0:2, 4:1, 1:2, 0:1)
Pittsburq – Kolambus 3:4 B (2:1, 0:2, 1:0, 0:0)
Çikaqo – Boston 2:5 (2:0, 0:3, 0:2)
Anahaym – Los-Anceles 2:1 OT (1:0, 0:1, 0:0, 1:0)
Vankuver – Edmonton 0:6 (0:0, 0:6, 0:0)
Veqas – Neşvill 7:2 (0:1, 2:0, 5:1)
Dallas – Tampa-Bey 1:4 (1:1, 0:2, 0:1)

19 yanvar
Detroyt – Ottava 4:3 OT (1:2, 2:1, 0:0, 1:0)
Edmonton – Sent-Luis 5:0 (3:0, 1:0, 1:0)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul