Milli Hokkey Liqasının tarixinə düşən ən parlaq simalar sırasında Aleksandr Oveçkinlə Sidni Krosbi də var. Oveçkin MHL-in 2004, Krosbi isə 2005 draftında 1 nömrə altında seçilib.
"Football-plus.az" xəbər verir ki, Lokaut üzündən hokkeyçilər eyni mövsümdə - 2005/06-da liqada debüt edib. Oveçkinin özü və həmkarı haqda fikirləri:
“Biz liqanı xilas etdik. İndi artıq yeni nəsil gəlib və güman edirəm ki, biz artıq qocalarıq. Ancaq biz liqanı xilas etdik. İndi yeni nəsil sübut etməlidi ki, mən haqlı deyiləm, sübut etməlidilər ki, biz ən yaxşı deyilik”.
“Vaşinqton”un rusiyalı kapitanı MHL-də keçirdiyi 1363 oyunda 1497 (827+670), kanadalı isə 1208 oyunda 1524 (562+962) xal toplayıb. Oveçkin indiyə qədər Stenli kubokunu bir dəfə qazanıbsa, Krosbinin üç belə titulu var.
“Kolambus”un “Çikaqo”nu 7:3 hesabıyla məğlub etdiyi oyunda maraqlı hadisə yaşanıb. “Kolambus”un müdafiəçisi Zak Verenski 4 məhsuldar ötürmə verib. 26 yaşlı hokkeyçi müdafiəçilərin bir oyunda verdiyi məhsuldar ötürmə sayına görə klub rekordu müəyyənləşdirib. O, həmçinin cari mövsümdə bu göstəricidə poker edən 3-cü müdafiəçidi. Zaka qədər “Vinnipeq”in müdafiəçisi Coş Morrissi və “Vankuver”in müdafiəçisi Kuinn Hyuz da belə nəticə ilə yadda qalıb.
23 noyabrVaşinqton – Baffalo 4:3 ОТ (1:2, 1:1, 1:0, 1:0)
Detroyt – Nyu-Cersi 4:0 (3:0, 1:0, 0:0)
Karolina – Edmonton 6:3 (4:1, 1:1, 1:1)
Kolambus – Çikaqo 7:3 (3:1, 4:0, 0:2)
Pittsburq – Reyncers 0:1 (0:1, 0:0, 0:0)
Tampa-Bey – Vinnipeq 2:3 ОТ (1:2, 1:0, 0:0, 0:1)
Florida – Boston 1:3 (0:1, 1:2, 0:0)
Aylenders – Filadelfiya 3:2 (1:0, 1:1, 1:1)
Arizona – Sent-Luis 5:6 (2:2, 3:3, 0:1)
Neşvill – Kalqari 4:2 (2:1, 0:0, 2:1)
Dallas – Veqas 1:2 ОТ (0:1, 1:0, 0:0, 0:1)
Anahaym – Monreal 3:4 (0:2, 2:1, 1:1)
Kolorado – Vankuver 5:2 (2:1, 0:1, 3:0)
Sietl – San-Xose 7:1 (4:0, 1:0, 2:1)
24 noyabrBoston – Detroyt 2:5 (0:2, 1:1, 1:2)
Filadelfiya – Reyncers 1:3 (0:2, 1:1, 0:0)