“Sabah” Ayaz Quliyevlə yolları ayırdı - RƏSMİ

26.01.2026 13:08 21
Ölkə futbolu
“Sabah” yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Masazır təmsilçisi futbolçuya “Sabah”a verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.