Bu həftə AFFA-nın bayrağı altında keçiriləcək Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayınlanacaq.
"Football-plus.az" xəbər verir ki, bu, AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində həyata keçirilir.
13-cü tur çərçivəsində sabah keçiriləcək “Liman” – “Neftçi” (10.30) və yanvarın 25-də təşkil olunacaq “Araz-Naxçıvan” – “Sabah” (13.00) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
“Liman” – “Neftçi”
“Araz-Naxçıvan” – “Sabah”
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildi.