Renatın komandası xal itirdi

16.12.2025 11:03
Dünya futbolu
Polşa çempionatında 3-cü turun təxirə salınmış oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Motor” evdə "Yagelloniya" ilə heç-heçə edib - 1:1.

Həmvətənimiz meydana bütün qollar vurulduqdan sonra - 83-cü dəqiqədə daxil olub. "Motor" 21 xalla 11-ci pillədədi.