Luçesku oyunun ''Beşiktaş''ın stadionuna salınması haqda nə dedi?

11.12.2025 11:32 13
Dünya futbolu
Xəbər verdiyimiz kimi Türkiyə yığmasının gələn ilin martında DÇ-2026-nın pley-offunda Rumıniyaya qarşı keçirəcəyi ev matçının stadionu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən açıqlamada oyunun ''Beşiktaş Park''da keçiriləcəyi bildirilib. ''Beşiktaş''ın ev oyunlarını keçirdiyi və digər adı ''Tüpraş Stadionu'' olan bu arena 2016-cı ildən istifadəyə verilib. Daha öncə isə bu stadionun yerində ''İnönü'' stadionu mövcud idi. ''Beşiktaş'' tarixinin böyük hissəsindəki matçlarını məhz burda keçirib.

Bu arada bu önəmli qarşılaşmanın ''qartal''ın arenasına salınmasına Rumıniyanın çalışdırıcısı Mirça Luçesku da biganə qalmayıb. Bu da səbəbsiz deyil. Axı o, ''Beşiktaş'' tarixində iz buraxmış məşqçilərdən biridi. ''Ağ-qaralar'' 100 illik yubileyində, yəni 2003-cü ildə məhz Luçeskunun başçılığı altında tarix yazaraq çempion olmuşdular.

80 yaşlı mütəxəssis Rumıniya mətbuatına bunları deyib:
''Bu, inanılmaz bir xəbərdi. Çünki o stadionda mənim ruhumun bir parçası var! İstanbuldakı böyük klublar arasında 100 illiyində yalnız ''Beşiktaş'' çempion ola bilib. Ora yeniləndikdən sonra möhtəşəm bir stadiona çevrilib. Həqiqətə də gözəl görünüşü və akustikası var''.

Qeyd edək ki, Luçesku açıqlamasında fakt səhvinə yol verib. İstanbul nəhənglərindən ''Beşiktaş''dan başqa 2007-ci ildə ''Fənərbaxça'' da yüzillik yubileyində çempion olmağı bacarıb

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul