İspaniya dünya çempionu olacaq?

13.12.2025 21:21 19
Dünya futbolu
İspaniya yığması gələn il keçiriləcək dünya çempionatının əsas favoriti sayılır. Bunu superkompüter iddia edir.

"Football-plus.az" xəbər verir ki, bu platformanın versiyasına əsasən, hazırkı Avropa çempionunun DÇ-2026-nın qalibi olmaq şansı 17 faizə bərabərdi. İkinci favorit 14,1 faizlik göstərici ilə Fransa yığmasıdı. İngiltərə 11,8 faizlə bürünc mükafata əsas namizəd göstərilir. Sonuncu dünya çempionu Argentina yığması isə 8,7 faizlə 4-cü yerə layiq bilinir.

Superkompüter sonrakı yerləri Almaniya (7,1), Portuqaliya (6,6) və Braziliya (5,6) yığmalarının tutacağını proqnozlaşdırır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul