Aleksander İsak ölümlə hədələnib.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusu İsveç yığması ilə DÇ-2026-da keçirdiyi son oyunlardan sonra hədələnib. 24 yaşlı hücumçu öz təhlüksəizliyini qorumaq məqsədi ilə Doberman cinsindən olan it alıb. İsakın it üçün 34 min avro ödədiyi iddia edilir.
İngiltərə premyer-liqasında çıxış edən futbolçular arasında şəxsi əşyalarını qorumaq üçün itlər almaq tendensiyası artıb. Bu, Böyük Britaniyada məşhurların evlərində olan qarət hadisələrindən sonra yayılıb.