Krosbi 1900 xal həddini keçdi

11.11.2025 23:11 6
İdman
MHL-in əfsanələrindən Sidni Krosbi daha bir önəmli nəticəyə imza atdı.

"Football-plus.az" xəbər verir ki, “Pittsburq”un kanadalı hücumçusu komandasının “Sent-Luis”ə 6:3 hesabıyla qalib gəldiyi oyunda 3 (1+2) xal topladı. Sidni həm müntəzəm çempionatı (1701), həm də pley-offu (201) nəzərə almaqla artıq 1902 xal toplayıb. İndiyə qədər MHL tarixində 1900 xal həddini yalnız 6 hokkeyçi keçib. Bunlar Ueyn Qretski, Mark Messye, Yaromir Yaqr, Qordi Hou, Ron Frensis və Stiv Ayzermandı.
Yeri gəlmişkən, “pinqvinlər” 2025/26 mövsümündə keçirdiyi 10-cu oyunda 7-ci qələbəsini qazandı. Bu, “Pittsburq”un 2016/17 mövsümündən bəri ən yaxşı nəticəsidi. Onda Kanada klubu Stenli kubokunu qazanmışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul