Dünən keçirilmiş 2 oyundan sonra futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib.
"Football-plus.az" Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.
Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17.00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, 1/4 finalın matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq.
Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.
Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.
A yolu, qrup qalibləri
"Kartagena Kosta Kalida" (İspaniya)
"İlles Balears Palma" (İspaniya, ÇL son qalibi)
"Benfika" (Portuqaliya)
"Sportinq" (Portuqaliya)
A yolu, qrup ikinciləri
"Piast Qlivise" (Polşa)
"Etoile Lavalloise" (Fransa)
"Riqa" (Latviya)
"Kayrat Almatı" (Qazaxıstan)
A yolu, qrup üçüncüləri
"Sportinq Anderlext" (Belçika)
"Semey" (Qazaxıstan)
"Luxol St. Andreus" (Malta)
"Priştina 01" (Kosovo)
B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
"Hjörrinq" (Danimarka)
"Araz-Naxçıvan" (Azərbaycan)
"Hit Kiyev" (Ukrayna)