Millimizdən növbəti qələbə - Millətlər Liqası

19.10.2025 14:20 6
Ölkə futbolu
Amputant futbolçulardan ibarət yığmamız Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.

Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.

Xatırladaq ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz bərabərə qalıb. omanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17.00-da başlayacaq.