Kökcünün komandası qalib gəldi

28.09.2025 11:09 20
Ölkə futbolu
Niderland çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Ozancan Kökcünün çıxış etdiyi "Volendam" doğma meydanda "Zvolle"ni qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Volendam"ın mövsümdə ilk qələbəsi olub. Kökcü matçın 73-cü dəqiqəsində, hesab 2:1 olanda meydana daxil olub.

“Volendam” 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.