• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yayın ən qalmaqallı transfer dastanı - “Liverpul” niyə İsakın arxasınca düşüb?

Dünya futbolu

2-09-2025, 10:0

“Liverpul” daha bir nəhəng transferi reallaşdırmağa hazırlaşır.

Ümumiyyətlə, bu yayın ən səs-küylü transfer dastanı başa çatmaq üzrədi. Qarşıdakı bir neçə gündə Aleksander İsakın “Nyukasl”ı “qırmızılar”a dəyişməyə nail olub-olmadığı bilinəcək.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” yay “transfer pəncərəsi”ni parlaq keçirir, Florian Virtsi transfer etməklə Britaniya rekordunu qırıb, bonusları da nəzərə almaqla Yuqo Etikitenin keçidinə 100 milyon avro xərcləyib, kampaniyanı klub tarixinin ən baha və səs-küylü keçidi ilə bitirmək istəyir: isveçli forvard Aleksandr İsak “qırmızılar” üçün arzuların hədəfidi.

“Liverpul” təxminən bir ay əvvəl şifahi şəkildə İsaka görə 120 milyon funt ödəməyə hazır olduğunu bildirdi, “sağsağanlar”a 110 milyonluq rəsmi təklif göndərdi və dərhal “yox” cavabı aldı. Həmin vaxtdan bəri klublar arasında heç bir formal təmas olmayıb, İsak komandanın məşqlərinə qatılmaqdan imtina edib, açıq-aşkar bildirib ki, bir daha “Nyukasl” forması geymək fikri yoxdu. Cəmi bir neçə ay əvvəl onu əlləri üzərində gəzdirməyə hazır olan azarkeşləri qəzəbləndirəcəyini bilə-bilə.

Gəlin hadisələrin xronoloji ardıcıllığına nəzər salaq, klubların hər birinin mövqeyi ilə tanış olaq, həmçinin “Liverpul”un gerçəkdən İsaka ehtiyac duyub-duymadığını araşdıraq.

“Liverpul” İsakı istədi, Ekitikeni aldı, indi yenə İsakı istəyir
“Liverpul” iyulun 15-də “Nyukasl”a Aleksander İsakın transferinin nə dərəcədə mümkün olmasıyla bağlı rəsmi sorğu göndərdi. “Qırmızılar” həmçinin 120 milyon funt ödəməyə hazır olduğunu çatdırdı. “Nyukasl” təklifi rədd etməsi azmış kimi, cavabında İsakı saxlamaqla yanaşı, “Liverpul”un “B” planına (söhbət Yuqo Ekitikedən gedir) da mane olmaq kimi ambisiyalı cəhdə əl atdı. Bu cəhd alınmadı, “Ayntraxt” “Nyukasl”ın rəsmi təklifini rədd etdi, belədə “Liverpul” mübarizəyə qoşuldu və qazandı. “Qırmızılar” iyulun 23-də fransalı hücumçunun transferini açıqlayandan sonra hər kəs belə düşünürdü ki, İsak ətrafındakı dastan bitdi.


Ancaq yox, belə olmadı: ertəsi, yəni iyulun 24-də isveçli hücumçu “Nyukasl”ın müqavilə müddətinin uzadılmasıyla bağlı təklifini geri çevirdi və mövsümöncəsi toplanış üçün Sinqapura yollanan komandaya qoşulmadı. Klub isveçlinin yoxluğunu rəsmi şəkildə onun zədəli olmasıyla izah etsə də, indi artıq aydındı ki, bu hərəkət indiyə qədər davam edən tətilini başlanğıcıymış.

Səbəb nədi? İsakın dediyinə görə, klubun vədinə əməl etməməsi. İsveçli hücumçunun bu mövzuda yazdığı yeganə açıqlama:

“Reallıq belədi ki, arada vəd var, klub çoxdan mövqeyimdən xəbərdardı. Bunu yeni problem kimi göstərmək adamları çaşdırmaqdı. Vədlər pozulursa, etibar itibsə, münasibətlər davam edə bilməz”.
“Nyukasl” düşərgəsində yaşananlardan xəbərdar olan insayderlərə inansaq, söhbət klubun xanım həmsahibi Amanda Steyvlinin buranı tərk edənə qədər İsaka yaxşılaşdırılmış şərtlərlə müqavilə imzalanacağı haqda vədindən gedir.

Yeni idman direktoru Pol Mitçell belə qərar verdi ki, hələ 2028-ci il iyunun 30-na qədər müqaviləsi olan futbolçu yeni anlaşmaya iddia edə bilməz. Bu isə forvardda və ətrafında böyük narazılıq doğurdu. “The Atletic”dən Devid Ornşteyn bildirir ki, İsak “Nyukasl”ı bu yay “transfer pəncərəsi”ndə tərk etmək niyyətini hələ 2024-ün yayında kluba çatdırıb, sonra, yəni ötən mövsümün finişi ərəfəsində niyyətini bir daha xatırladıb.

Ancaq publika isveçlinin arzusundan iyulun 24-də, futbolçu “Liverpul”a keçid naminə boykota başlayanda xəbər tutub. Daha bir vacib detal: o, bütün mümkün variantları rədd etməklə yalnız Mersisayda can atır. “Qırmızılar” avqustun 1-də İsakla bağlı birinci və indiyə qədər yeganə rəsmi təklif ünvanlayıb: 110 milyon funt və bonuslar. “Nyukasl” heç bir müzakirə açmadan və əlavə variant təklif etmədən “yox” deyəndən sonra “Liverpul” gözləmə mövqeyi tutub. “Qırmızılar” yalnız “Nyukasl” hücumçu ilə vidalaşmağa hazır olduğunu göstərəndən sonra yeni və bir qədər yaxşılaşdırılmış təkliflə danışıqlar masasına qayıdacaq.

Hələ ki bu baş verməyib, “sağsağanlar”ın rəsmi mövqeyi belədi – İsak satılmır. Ən azı ona səviyyəli əvəzedici tapılana qədər. “Nyukasl”ın layiqli əvəzedici axtarışı yayboyu davam edib. Brayan Mbemo, Joao Pedro, Yuqo Ekitike, Benyamin Şeşko müxtəlif klublar namninə “sağsağanlar”dan imtina edib. “Brentford”dan Yoan Vissa ilə bağlı danışıqlar aylardı davam edir – konqolu futbolçu hətta keçidin baş tutması üçün İsak kimi boykota da əl atıb. Amma heç nə alınmayıb.

İndi isə ortada olan nəticəni ümumiləşdirək: “Liverpul”a can atan İsak bunun naminə “Nyukasl” ilə bütün körpüləri yandırır, İsakı çox arzulayan, buna görə alternativ variantları nəzərdən keçirməyən “Liverpul” hücumda yetərincə ifaçının olmamasıyla bağlı riskə gedir, İsakı satmaq istəməyən “Nyukasl” isə isveçlidən bir daha bu klubun formasını geyməyəcəyi ilə bağlı təhdid siqnalları alır. Bir sözlə, xaosun zirvəsi!

“Liverpul”a İsak lazımdımı?
Mövsümün ilk üç rəsmi oyununda üç qol vuran Ekitikenin möhtəşəm startı bəzi azarkeşləri şübhələnməyə məcbur etdi: İsak bu kluba həqiqətən lazımdı? Bəlkə hücumun sol cinahına köklənmək daha məntiqli olardı? Orda Qakpodan başqa yalnız qeyri-sabit Kyeza və 16 yaşlı Nqumoa var.

Məntiqli suallardı. Ancaq İsakın transferinin tərəfdarı olan istənilən şəxs (“Liverpul”un rəhbərliyi tam tərkibdə) cavabında nəzərinizə çatdıracaq ki, bu oyunlarda Ekitikenin əvəzinə oynayacaq kimsə yox idi. “Kristal Pelas”la oyunda forvard mövqeyində Soboslai, “Bornmut”la oyunda isə Kyeza göründü. “Liverpul” yalnız və yalnız mərkəz hücumçusu almaq istəyir.

Mersisayd klubu bununla heç də Ekitikeni kənara atmaq fikrində deyil. Bu transfer gerçəkləşəndən dərhal sonra kluba yaxın olan jurnalistlər fransalını hücumun istənilən mövqeyində oynaya biləcək universal forvard kimi təqdim etdilər. Yuqo özü isə ilk müsabibəsində dedi ki, təkbaşına və ya cütlük halında mərkəz hücumçusu kimi, həmçinin hücumun sol cinahında oynaya bilər.

“Liverpul” artıq çoxdan transfer bazarında “ya əsas hədəf, ya da heç kim” prinsipi ilə hərəkət edir. İsakla bağlı hadisə də buna nümunədi. Bazarda olan ən yaxşı hücumçulardan biri Aleksander “Liverpul”a can atır. “Qırmızılar”ın transfer üçün pulu da var. Taleyin belə hədiyyəsindən imtina etmək axmaqlıq olardı. Bu keçid alınsa, “Liverpul”un idman direktoru Riçard Hyuzun başına tac qoymaq olar. “Qırmızılar” onu heyətinə qata bilsə, avtomatik çempionluğa əsas iddiaçı olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-03-2025, 23:0

Onu “Liverpul” da hədəfə aldı

Dünya futbolu

20-11-2024, 10:0

''Liverpul''dan türkiyəli futbolçu üçün 80 milyonluq təklif

Dünya futbolu

2-01-2025, 16:0

O, artıq “Liverpul”a lazım deyil

Dünya futbolu

24-08-2022, 17:0

Aleksandr İsak İlgiltərə klubuna keçdi

Dünya futbolu

3-05-2025, 19:0

Süni intellekt Dyokereş, İsak və Osimhenin yeni klubunu açıqladı

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Aktual
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
Son xəbərlər
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə