Tezliklə “Borussiya”ya qoşulacaq

28.08.2025 22:06 5
Dünya futbolu
Dortmund “Borussiya”sı “Vulverhempton”un futbolçusu Fabio Silva ilə razılaşıb.

“The Athletic”in məlumatına görə, İngiltərə klubu 23 yaşlı hücumçu üçün 25 milyon avro qazanacaq. Almaniya təmsilçisi portuqaliyalı oyunçu ilə 5 illik müqavilə imzalayacaq.

Fabio Silvanın “Vulverhempton”la müqaviləsi 2026-cı ilə qədərdi.