"Zalsburq"un hücumçusu Kərim Adeyemi karyerasını "Borussiya"da davam etdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, Dortmund təmsilçisi gənc oyunçu üçün 38 milyon avro ödəyəcək. Bu haqda italiyalı insayder Fabrizio Romano xəbər yayıb.
Jurnalistin dediyinə inansaq 20 yaşlı almaniyalı artıq "Borussiya" ilə müqavilə bağlayıb. Adeyemi Erlinq Haalandı əvəzləyəcək.