Avropa çempionunun qiyməti aşağı düşdü

26.08.2025 15:53 11
Dünya futbolu
Canluici Donnarumma tezliklə İngiltərədə olacaq.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” PSJ-nin qapıçısını transfer etməyə yaxındı.

“Football Italia”nın məlumatına görə, artıq Avropa çempionu ilə müqavilənin şərtləri razılaşdırılıb. PSJ əvvəlcə 26 yaşlı italyan futbolçu üçün təxminən 45-50 milyon avro tələb edib, lakin Fransa klubu futbolçunun bir ildən sonra azad agent kimi gedə biləcəyi üçün qiyməti aşağı endirib.

Donnarumma PSJ-yə 2021-ci ilin yayında azad agent kimi “Milan”dan keçib.