AFFA İntizam Komitəsinin Misli premyer-liqasında yeni mövsümün ilk turunun oyunları ilə bağlı qərarları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, "Qəbələ" klubu 700 manat cərimə edilib.
Buna səbəb "qırmızı-qaralar"ın dörd futbolçusunun ilk turda "Karvan-Yevlax"la keçirilən oyunda sarı vərəqə almasıdı.
Xatırladaq ki, mövsümün açılış qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb.