Reşfordun problemi yoluna qoyuldu

21.08.2025 14:01 15
Dünya futbolu
Markus Reşfordun problemi yoluna qoyulub.

"Football-plus.az" xəbər verir ki, “Barselona” yeni transferini La Liqada qeydiyyatdan keçirib. Sport.es saytının məlumatına görə, 27 yaşlı hücumçu artıq komandanın yeni mövsüm üçün heyətinə daxil edilib və Markus 1-ci turun “Malyorka”ya qarşı matçında oynamaq hüququ qazanıb.

Xatırladaq ki, “Barselona” Reşfordu bu yay “Mançester Yunayted”dən icarəyə götürüb.