Azərbaycan Boks Federasiyası ilin ilk altı ayında beynəlxalq yarışlarda qazanılan medal sayı ilə bağlı hesabat hazırlayıb.
Qurumun hesabatından aydın olur ki, boksçularımız belə yarışlarda ümumilikdə 126 medal qazanıb. Bunların 48-i qızıl, 29-u gümüş, 49-u isə bürünc olub.
Bu arada daha bir medal Portuqaliyanın Braqa şəhərində keçirilən turnirdə qazanılıb. Həmvətənimiz Abbasqulu Şadlinski (75 kq) bütün rəqiblərini məğlub edərək “qızıl”ı boynundan asıb.