Bəxtiyar Musayev klublarla işbirliyinə davam edəcəkmi? - açıqladı

29.07.2025 11:34 61
Aktual / Ölkə futbolu
Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayevin AFFA-nın Texniki departamentində Skautlar şöbəsinə rəis təyin olunduğunu xəbər vermişdik. Onun əvvəllər klublara transfer məsələlərində yardım etdiyi də məlumdu.

“Football-plus.az” Bəxtiyar bəylə əlaqə saxlayıb, bundan sonra necə çalışacağını, klublarla işbirliyinə davam edib-etməyəcəyini də soruşub:
“Bu mənim üçün yad iş deyil. Əvvəl də belə işləyib, klublara yardımçı olmuşam. Cahangir Fərəcullayev tərəfindən belə iş təklifi gəldi. Ona da təşəkkür edirəm. Hər komandada baş məşqçilər var. Biz öz töhfəmizi verəcəyik. Çalışacağıq ki, bölgələrdə heç kimi diqqətdən kənar qoymayaq. Əvvəllər klublardan köməyimi əskik etmirdim. Amma indi yalnız millidə işləyəcəm. Heç bir klubla işbirliyim olmayacaq”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul