Bəxtiyar nəyi gözləyir?

5.07.2024 21:35 337
Ölkə futbolu / Manşet
Millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”dan ayrılmaq istədiyini xəbər vermişdik.

Artıq onun “Araz-Naxçıvan”la anlaşmasıyla bağlı xəbərlər tirajlanmaqdadı. Yayılan xəbərlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün yığma komandanın üzvüylə əlaqə saxladıq. O, “Football-plus.az”a verdiyi açıqlamada transfer məsələsiylə bağlı heç nə danışmaq istəmədiyini və bəzi məsələlər dəqiqləşəndən sonra fikrini bölüşəcəyini bildirdi.

KAMAL SƏFƏR